Elektrotexnika
Amper

Amper (işarəsi: A) — cərəyan şiddətinin vahidi. BS-də əsas vahiddir və cərəyanlı naqillərin maqnit qarşılıqlı təsirinə görə təyin edilir. Aralarındakı məsadə 1 metr olan iki paralel, sonsuz uzun naqildən eyni şiddətdə cərəyan keçərkən onların 1 metr uzunluq hissəsinə vakuumda 2×10−7 N qüvvə ilə təsir edən cərəyan şiddətinə 1 Amper deyilir. Elektrik cərəyanının güc vahidi fransız fiziki, kimyaçısı və riyaziyyatçısı Andre Mari Amperin (1775-1836) şərəfinə belə adlandırılıb.
| Qüvvət | Ad | İşarə | Qüvvət | Ad | İşarə | |
|---|---|---|---|---|---|---|
| 100 | Amper | A | ||||
| 101 | dekaamper | daA | 10−1 | desiamper | dA | |
| 102 | hectoamper | hA | 10−2 | santiamper | cA | |
| 103 | kiloamper | kA | 10−3 | milliamper | mA | |
| 106 | meqaamper | MA | 10−6 | mikroamper | µA | |
| 109 | giqaamper | GA | 10−9 | nanoamper | nA | |
| 1012 | teraamper | TA | 10−12 | pikoamper | pA | |
| 1015 | petaamper | PA | 10−15 | femtoamper | fA | |
| 1018 | egzaamper | EA | 10−18 | attoamper | aA | |
| 1021 | zettaamper | ZA | 10−21 | zeptoamper | zA | |
| 1024 | yottaamper | YA | 10−24 | yoktoamper | yA |

